""Azərbaycan” nəşriyyatında hər hansı yoxlamalar aparılmayıb" - AÇIQLAMA

18-12-2021, 12:18           
""Azərbaycan” nəşriyyatında hər hansı yoxlamalar aparılmayıb" - AÇIQLAMA
"Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün kadr islahatları labüddür".

Teref.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri Rövşən Şıxlı deyib.

O bildirib ki, islahatlar prosesi mexaniki olmayacaq: "Yəni, biz çalışmaq istəyən bacarıqlı əməkdaşların təcrübəsindən bəhrələnmək niyyətindəyik. Bu istiqamətdə addımlar yalnız işimizin daha səmərəli aparılması naminə atılacaq. "Azərbaycan" nəşriyyatının gələcəklə bağlı planları çoxşaxəlidir. Bura həm mətbu orqanlarla daha sıx əməkdaşlıq, onların nəşriyyatın binasında rahat fəaliyyət göstərməsinin təmin olunması, başqa sözlə nəşriyyatın əsl təyinatı üzrə fəaliyyət göstərməsi, həm də çap prosesinin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, texniki təminatın yaxşılaşdırılması, yeni sifarişçilərin cəlb edilməsi daxildir".

Müşavir nəşriyyatda maliyyə yoxlamalarının aparılması iddialarını təkzib edib: "Azərbaycan” nəşriyyatında hər hansı yoxlamalar aparılmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru