Məmur maşınını cərimə meydançasına apardılar

26-03-2016, 22:58           
Məmur maşınını cərimə meydançasına apardılar
Bu gün axşam saatlarında İmişli polisi rayonun "toxunulmaz " məmurlarından sayılan Meliorasiya və Su Təsərüfatı ASC-nin İmişli hidroqovşağının rəisi Mirqoca Mirişovun xidməti avtomobili yol polisi tərəfindən saxlanılıb.

Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, Mirqoca Mirişovun 30-AA-080 dövlət nömrə nişanlı xidməti avtomobilini idarə edən sürücüsü və avtomobil İmişli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Rəisin xidməti avtomobilinin işıqforun qırmızı işğında keçdiyi üçün saxlanıldığı bildirilir.

Mirqoca Mirişovun sürücüsü isə onun öz qardaşıdır. Son məlumatlara görə, avtomobil hal-hazırda İmişli Polis Şöbəsinin cərimə meydançasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru