İtaliyanın şimalında tikintidə kran aşdı - Ölən və yaralılar var

19-12-2021, 00:06           
İtaliyanın şimalında tikintidə kran aşdı -
İtaliyanın şimalındakı Piemont bölgəsinin Turin şəhərində tikinti kranının binanın üzərinə aşması nəticəsində azı 3 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki bu barədə yerli “La Reppublica” qəzeti məlumat yayıb.

Bildirilir ki, iki nəfəör hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib. Bundan əlavə, yoldan keçən 3 nəfər də xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb kranın alt hissəsindəki konstruksiyanın dağılması olub. Kran yeddi mərtəbəli binanın üzərinə aşıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, xilasetmə işləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru