Cümşüd Nuriyev Avropa Şurasının eksperti oldu...

19-12-2021, 07:09           
Cümşüd Nuriyev Avropa Şurasının eksperti oldu...
“Daha çox ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, soyqırımlarıyla bağlı sənədlər hazırlayıram...”

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Avropa Şurasının diskriminasiya məsələləri üzrə hüquq eksperti kimi çalışmağa başlayıb.

Bu haqda politoloqun özü Moderator.az-a açıqlamasında məlumat verib.

“Artıq 5-ci aydır ki, mən Avropa Şurasının diskriminasiya məsələləri üzrə eksperti kimi çalışıram. Bu beynəlxalq təşkilatın müvafiq qurumu ilə rəsmi müqavilə bağlamışam. Mən daha çox ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, soyqırımlarıyla, eləcə də XX əsrin əvvəllərindən bəri Qərbi Azərbaycanda və Qarabağda soydaşlarımızın yaşam haqlarının tapdanmasıyla bağlı sənədlər hazırlayıram. Çünki Azərbaycan daxilində diskriminasiya, yəni milli ayrı-seçkiliklə əlaqəli heç bir ciddi problem yoxdur. Ölkəmiz muitukultural, tolerant bir ölkədir. Ermənilərin guya Azərbaycanda özlərinin və digər millətlərinin haqlarının pozulmasıyla bağlı verdiyi məlumatların 90 faizi təkzib olunub. Bu sahədə Azərbaycanı heç kəs ittiham edə bilməz. Ölkəmizdə nə milli, nə də dini səviyyədə heç bir diskriminasiya yoxdur. O məsələlər artıq müzakirə olunub və öz həllini tapıb.

Mütəmadi olaraq AŞ əməkdaşlarıyla onlayn görüşlərə də çıxaraq Ermənistanın 1-ci Qarabağ müharibəsi və 44 günlük savaş zamanı Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri misli görünməmiş qeyri-insani aktları müxtəlif aspektlərdə izahatını verirəm. Eyni zamanda AŞ-ın göndərdiyi materiallara rəy yazıram” – deyə politoloq bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.