Şamaxı yolunda uçqun olub — VİDEO

27-03-2016, 11:37           

Şamaxıda torpaq uçqunu olub.

Ölkə.Az Kanal S-ə istinadən xəbər verir ki, uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolu bağlana bilər. Leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib.

Yolun üst hisəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb. Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb.

Yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru