Faciə: Gənc gəlin qonaq getdiyi ata evində öldü

27-03-2016, 12:04           
Faciə: Gənc gəlin qonaq getdiyi ata evində öldü
Xaçmaz rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Həbibkənd yaşayış məntəqəsində baş verib. Atası evinə qonaq gələn Sumqayıt sakini Sevinc Kamil qızı Əzizova dəm qazından zəhərlənmə və termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq 36 yaşlı qadını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizadan keçirildikdən sonra meyit ailəsinə verilib. Xaçmaz rayon prokuroru Elxan Abdulrəhimov faktı təsdiqləyib. Bildirib ki, ölümün səbəbi ekspertizadan sonra məlum olacaq. “Azəriqaz”ın Xacmaz rayon şöbəsi hadisə baş verən yerdə yoxlamalara başlayıb. İlkin məlumata görə, Sevinc Əzizova hamamda çimərkən dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
Analoji hadisə bayram günü Lənkəranda baş verib. Martın 21-də Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından ölüm hadisəsi baş verib. 1961-ci il təvəllüdlü kənd sakini Hüseynova Vüsalə Xudaqulu qızı vanna otağında huşsuz vəziyyətdə aşkar olunub. O, təcili olaraq Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru