116 sərnişini olan təyyarə şassisiz eniş etdi, xəsarət alan olmadı

27-03-2016, 14:04           
116 sərnişini olan təyyarə şassisiz eniş etdi, xəsarət alan olmadı
Qazaxıstanın Bek Air aviaşirkətinin təyyarəsi bu gün səhər saatlarında Astana hava limanında qəza enişi edib.

Bu barədə məlumatı Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov verib.

“Bu gün saat 10:37 radələrində Astana aeroportunda Bek Air şirkətinin Qızılorda-Astana marşrutu üzrə uçan təyyarəsi qəza enişi edib. Qəzanın texniki səbəbləri bəradə şirkət özü məlumat verəcək” - İmankulov deyib.

Təyyarini göyərtəsində 116 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alan olmayıb.

Qeyd olunur ki, təyyarə eniş edərkən onun qabaq şassiləri açılmayıb.(oxu.az)

[media=https://www.youtube.com/watch?v=q5n1FJfyAZs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru