Əlixan Musayev Bin ladeni NECƏ TƏBLİĞ EDİR?

27-03-2016, 17:08           

Vətəninfo.azdavamlı olaraq elektron ünvanına Azərbaycanda radikal cihadistlərin mənəvi liderlərindən biri olan Əlixan Musayevlə bağlı davamlı daxil olan məlumatları öz oxucularına təqdim etməkdədir. Belə olduqda Əlixan Musayevlə bağlı daha da tükürpədici xəbərlər və iddia dolu məlumatlar redaksiyamızın elektron ünvanına yenidən daxil olmaqdadır.

İlk olaraq qeyd edək ki,bu məlumatların ölkənin müvafiq dövlət orqanları tərəfindən araşırılıb-araşdırılmadığı haqqında hər hansı bir məlumatımız yoxdur.Amma hesab edirik ki,belə şəxslərlə bağlı yayılan informasiyalar araşıdırlmalı və müvafiq tədbirlər görülməlidir.

Daxil olan son məlumatda qeyd edilir ki, Əlixan Musayev nəyin ki, ətrafında topladığı dindar gəncləri cihada səsləyir,eyni zamnda onun dünyanın bir nömrəli terroristi hesab edilən və ABŞ hərbiçiləri tərəfindən öldürülən Üsamə Bin Ladeni və "Əl-Qaidə”terror təşkilatını haqq yolunda olduğu ilə bağlı təbliğat aparmaqdadır.


"Əlixan Musayev bizi müəyyyən zaman tez-tez yeri dəyişən evlərə toplayırdı və bizə dini dəsrslər verirdi.Dərslərdən sonra, Suriya barəsində suallarımız olduqda, ilk olaraq üzərimizdəki telefonları və səsyazma cihazların toplatdırırdı. Əlixan Musayevin bu addımı ona görə idi ki,danışdıqları hər hansı bir şəkildə kənara çıxmasın.Telefonlar toplandıqdan sonra bizə deyirdi ki, Bin Laden və onun "Əl-Qaidə”təşkilatı haqq üzərinədi,islam üçün cihad edirlər.Bəzi nadanlar utanmayaraq Bin laden kimi şəxsiyətə dil uzadırlar.Eyni zamanda o Suriyada həyata keçirilən terror əməllərini cihad adlandırır və əli silahlı şəxsləri islamın əsgərləri olduqların qeyd edirdi”-qeyd edilən xbərdə o da vurğulanır ki, Əlixan Musayev dərslərində iştirak edən dindar gənclərə and içdirirmiş ki,mənim bu dediklərini təbliğ edin,amma məmim adım hallandırılmadan.


Redaksiyadan:Bir daha qeyd edirik ki, Əlixan Musayevlə bağlı daxil olan bu məlumatda səsləndirilən iddiaların doğru və ya yalan olduğunu deyə bilmərik.Amma məlumatı redaksiyamızın elektron ünvanıa göndərən, adını gizli saxlayan mənbə bildirir ki, o yuxarıda yazdıqları tamamilə düzdür və o həmin dərslərdə iştirakçı olubdur.

Qeyd edək ki, bir neçə gün öncə Əlixan Musayevingizli səsyazmasının aşkara çıxması,onun Suriyada gəncləri cihada səsləməsi də göstərir ki. Bu şəxslə bağlı səsləndirilən iddialar ciddi şəkildə araşdırılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.