DƏHŞƏTLİ QƏTL - Dəmirçi ustası həyat yoldaşını dəmirlə... - FOTO

26-12-2021, 08:09           
DƏHŞƏTLİ QƏTL -
Antaliyada dəmirçi Emrah Akgül qısqanclıq zəminində mübahisə etdiyi həyat yoldaşı Rukiye Akgülü mənzilinin girişində dəmir parçası ilə döyərək öldürüb.

Qafqaz.media xəbər verir ki, hadisədən sonra Emrah Akgül evə gələn polisə təslim olub.

Məlumata görə, hadisə gecə saat 01:30 radələrində baş verib. Mübahisədən sonra Rukiye Akgül sobada yanan odunu əri Emrah Akgülün üstünə ataraq evdən qaçıb. Emrah Akgül sobanı qarışdırmaq üçün istifadə edilən maşanı götürərək qadının arxasınca gedib. O, mənzilin çıxışında tutduğu həyat yoldaşının başına dəmir maşa ilə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən yerə yıxılıb.

Rukiye Akgül qanlar içində yerə yıxılarkən, Emrah Akgül həyat yoldaşını yaraladığını bildirib və “112” Təcili Zəng Mərkəzindən kömək istəyib. Ünvana polis və sağlamlıq qrupları sövq edilib. Gələn həkim briqadası Rukiye Akgülün öldüyünü müəyyən edib. Həyat yoldaşı Emrah Akgül polisə təslim olub.

Müayinədən sonra Rukiye Akgülün cansız cəsədi yarılma üçün Antaliya Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.

Cütlüyün illər əvvəl Kahramanmaraşdan Antalyaya köçdüyü və 2 uşaqları olduğu öyrənilib. Rukiye Akgülün meyiti yarılmadan sonra qohumlarına təhvil verilməsi üçün morqa qoyulub.
Emrah Akgüllə bağlı cinayət işi açılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.