Zərdabda utancverici hərəkət: İCRA BAŞÇISI MEYVƏ SATANI KÜÇƏDƏ QOVDU

30-03-2016, 14:13           
Zərdabda utancverici hərəkət: İCRA BAŞÇISI MEYVƏ SATANI KÜÇƏDƏ QOVDU
Lütfəli Babayev biçarə kişini cəmiyyətə «düşmən» kimi təqdim etməyə çalışıb

Dünən Zərdab rayonunda həqiqətən də utancverici olay yaşanıb. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, rayon mərkəzini maşınla gəzən icra başçısı Lütfəli Babayev küçədə meyvə satan yaşlı kişini görərək, orada düşüb. Qısa müddətdə əraziyə icra başçısının iki müavini, polis və bələdiyyənin işçiləri də çağırılıb. JAM.AZ-a verilən məlumatda deyilir ki, Babayev bar-bar bağırırmış ki, guya, kişi böyük bir günah iş görüb, hətta «cinayət» törədib.

Deyilənlərə görə, təbiətcə sakit adam olan meyvəsatan məhsullarını yığışdırıb, getmək istəyərkən, icra başçısı yenidən coşub. Bu zaman ətrafdakı insanlar elə zənn ediblər ki, orada avtoqəza olub və ya ölüm hadisəsi baş verib. Hamı əraziyə yığışıb və nəyin baş verdiyini bildikdən sonra dağılışıblar.

Məlumatlara görə, Zərdabda hamı Lütfəli Babayevin bu hərəkətini gülüş obyektinə çeviriblər. Yaxın günlərdə baş verən olaya lətifə qoşulacağı da istisna edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru