Gənc cütlüyün selfisi sosial şəbəkələri dəhşətə gətirdi — FOTO

31-03-2016, 01:00           

Qızın sifəti güzgüdə necə əks oluna bilər?

Martın 27-də sosial şəbəkədə yayılan qorxunc selfi Twitter istifadəçiləri arasında çaşqınlıq yaradıb.

Fotoda gənc cütlük güzgünün qarşısında şəkil çəkdirir. Qəribəlik ondan ibarətdir ki, qızın güzgüyə arxası tərəfi ilə dayanmasına baxmayaraq, güzgüdə onun sifəti əks olunub. Üç gün ərzində şəkil 16,5 min retvit yığıb.

İlk olaraq 9gag.com saytında dərc olunan foto sosial şəbəkə istifadəçiləri arasında mübahisəyə səbəb olub. Fikir ayrılığı yaranıb: əksəriyyət şəklin fotoşopa məruz qalmasını hesab etsə də, fotoda mistik qüvvələrin yer aldığını fikiləşənlər də az olmayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri hətta fotodan dəhşətə gəldiklərini bildiriblər. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru