Bələdiyyə sədri və memar vəzifəsini itirdi – Qanunsuz torpaq satışı

31-03-2016, 12:23           
Bələdiyyə sədri və memar vəzifəsini itirdi – Qanunsuz torpaq satışı
Xətai bələdiyyəsinin sədri Teymur Məmmədov vəzifəsini tərk edib. 28 mart 2016-cı il tarxində keçirilən bələdiyyə iclasında sədrin istefa ərizəsi qəbul edilib. Həmin iclasda keçmiş sədrin bələdiyyə üzvlüyünə xitam verilməsiylə bağlı da Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb.
Səbəb kimi Teymur Məmmədovun səhhətinin qənaətbəxş vəziyyətdə olmaması göstərilir.
Hazırda sədrin səlahiyyətləri sədr müavini Əliyar Əliyevə həvalə edilib. Belediyye.info daxil olan məlumatda bildirilir ki, sədrin istefası hec də T. Məmmədovun səhhətiylə bağlı deyil.
Belə ki, onunla eyni gündə rayon memarı Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla tutduğu vəzifədən azad edilib. Hər iki məsul vəzifəli şəxsin eyni gündə vəzifəsini itirməsi rayon ərazisində qanunsuz torpaq satışıyla bağlı olduğu deyilir.
Xatırladaq ki, Teymur Məmmədov 2014-cu ilin dekabrında bələdiyyə üzvü, 2015-cu ilin yanvar ayından isə bələdiyyə sədri vəzifəsinə seçilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.