YOL POLİSİNDƏN İNANILMAZ ÖZBAŞINALIQ - FOTOFAKT
31-03-2016, 17:30
Bakıda yol polisindən şikayətlərin sayı durmadan artır.
Belə bir şikayətlə müraciət edən Bakı sakini İsmayılov Vasif yol patrul xidmətinin əməkdaşının onun avtomobilini qanunsuz şəkildə cərimə meydançasını apardığını bildirib.
Belə ki, 30 mart gecə saat 03:00-da ayıq sürücü ilə evinə gələn vətəndaş yol polisinin "qurbanı" olub: Dünən gecə içkili olduğuma görə, evə getmək üçün ayıq sürücünü çağırdım. Yolda gedərkən 99-YP-384 nömərli YPX əməkdaşı bizi saxladı, polis ayıq sürücünün içkili olmadığını görüb,bizi buraxdı. Ayıq sürücü məhəlləmizə gəlib, maşını park etdi və getdi. Elə bu anda mən siqaretimi götürməyə və şüşələri bağlamaq üçün avtomobilimə mindim. Həmin an polis mənə yaxınlaşdı və bildirdi ki, maşın cərimə meydançasına getməlidir. Mən buna etiraz etdim və bildirdim ki, bu qanunsuzdur. Hətta təklif etdim ki, kameranı açaq və baxaq. Ancaq polis razılaşmadı və evakuator çağırıb maşını apardılar".
10-DN-313 markalı "Tofaş" avtomobilin sürücüsü həmçinin onu da bildirib ki, avtomobili hazırda Nizami rayon cərimə meydançasındadır və qanunsuz əməlinə görə 99-YP-384 nömərli YPX əməkdaşından şikayət edib, yaxın günlərdə məhkəmə olacaq.xalqxeber.az
Vətəndaş yol polisinin cərimələnməsini tələb edir.
Son olaraq hadisə yerindən çəkilən fotonu təqdim edirik: