İş adamı dələduzluğa görə tutuldu

31-03-2016, 21:55           
İş adamı dələduzluğa görə tutuldu
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən iş adamını saxlayıb.

Musavat.com-un məlumatına görə, 50 yaşlı Əkbər Qərib oğlu Həsənovun saxlanılmasına rayon ərazisində yaşayan vətəndaşlardan birinin şikayət ərizəsi səbəb olub. Şikayətçi yeni inşa edilən binalardan birində Əkbər Həsənovdan mənzil alıb. Əldə edilmiş razılığa əsasən, mənzilin pulu hissə-hissə ödənilib. Pul tam ödənilsə də, Əkbər Həsənov satdığı mənzilin ödəniş qəbzini vətəndaşa verməyib.

Saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilən Əkbər Həsənov bildirib ki, tikinti şirkətləri ilə müqavilə bağlayaraq, onlara müxtəlif xidmətlər göstərir. Göstərilən xidmətlərin müqabilində isə tikinti şirkətləri ona pul yox, mənzil verirlər: “İşlərim dayandı. Tikinti şirkətləri qarşısında öhdəliyimi yerinə yetirə bilmədiyimə görə pulumu ala və mənzilə görə ödənilən pulun qəbzini verə bilmədim”

Sahibkarın sözlərinə görə, şikayətçi ona vaxt versə, o, müqavilə əsasında gördüyü işi tikinti şirkətinə təhvil verərək, mənzili sənədlşdirəcək.

Faktla bağlı Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.