Amsterdamda təyyarənin şassəsində qanunsuz miqrant aşkar edilib 24-01-2022, 09:45 Niderlandın paytaxtı Amsterdamın Shipol hava limanına enən yük təyyarəsinin ön şassəsində bir nəfər qanunsuz miqrant aşkar edilib.Bu barədə ölkənin Kral Hərbi Polisi məlumat yayıb.Təyyarənin Cənubi Afrikadan gəldiyi bildirilib.Qeyd olunub ki, hazırda kişinin vəziyyəti yaxşıdır. O, xəstəxanaya yerləşdirilib.Hadisə ilə bağlı araşdırma başlanıb.Mənbə: TRT Facebook-da paylaş