Vurulmuş vertalyotumuzun görüntüləri yayıldı-VİDEO

3-04-2016, 00:47           
Vurulmuş vertalyotumuzun görüntüləri yayıldı-VİDEO
Xəbər verildiyi kimi, dünən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının bir qismi düşmən tapdağından azad edilib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, aprelin 1-dən 2-nə keçən gecə düşmənin hücumlarını dəf edən Ordumuz Tərtərin Seysulan, Goranboyun Talış kəndlərini azad edib. Bundan başqa, Füzuli istiqamətində həyata keçirilmiş hücum nəticəsində Lələ Təpə yüksəkliyi ələ keçirilib.

Nazirlik yaydığı məlumatında Azərbaycan tərəfinin də itki verdiyini vurğulayıb. MN-in açıqlamasına görə, döyüşlərdə 12 Azərbaycan əsgəri şəhid olub. Bir tankımız minaya düşərək partlayıb. Düşmən Azərbaycan Ordusuna məxsus Mİ-24G döyüş təyyarəmizi də vuraraq, sıradan çıxarıb. Nəticədə, iki pilotumuz şəhid olub.

teref.az jam.az-a istinadən xəbər verir ki, az öncə isə Facebookda vurulmuş Azərbaycan vertolyotunun görüntüləri yayımlanıb. «Sonuncu Ölən Umidlərdir» adlı səhifə tərəfindən paylaşılan videoda şəih pilotlardan birinin nəşi görünür. Bundan başqa, hərbi helikopterin yanaraq, kül olduğu da diqqəti çəkir.

[media=https://www.youtube.com/watch?v=2ug50ahddso]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru