Azərbaycan zabitindən qəhrəmanlıq nümunəsi – əsgərlərini xilas edərək şəhid oldu

3-04-2016, 22:04           
Azərbaycan zabitindən qəhrəmanlıq nümunəsi – əsgərlərini xilas edərək şəhid oldu
Azərbaycan Ordusunun zabiti ötən gün Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərərək şəhid olub.

Hərbi hissənin nizami hissə rəisi, mayor Elnur Əliyev öz əsgərlərini xilas edərək şəhid olub.

Döyüş yoldaşları bildiriblər ki, əlində avtomat yüksəkliyə qalxan E. Əliyev düşmənin atdığı qumbaranın üstünü öz bədəni ilə örtərək qəlpələrin geniş yayılmasını və əsgərlərə xəsarət yetirməsinin qarşısını alıb. Özü isə şəhid olub. Yüksəkliyə qalxan əsgərlərimiz düşmənin çox sayda əsgərini məhv edərək şəhid komandirin və döyüş yoldaşlarının qisasını alıblar. Yüksəklik üzərinə Azərbaycan bayrağı qaldırılıb.

Şəhid zabitimiz bu gün doğulduğu və azadlığı uğrunda şəhid olduğu Füzuli rayonunda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.