İsmayıllılar Prezident və Ali Baş Komandanın sərəncam və əmrlərinin icrasına səfərbərdirlər. FOTO

4-04-2016, 19:48           

teref.az - İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı və cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar xalqa müraciətinə həsr olunmuş toplantısı olub.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini, aqressor ölkənin yaratdığı nüvə təhlükəsinin ciddiliyini IV Nüvə Təhlükəsizliyi Samiti iştirakçılarının diqqətinə çatdırıb. 25 ildən çox torpaqlarımızı işğal altında saxlayan tarixi düşmənlərimiz nəticə çıxarmaq əvəzinə atəşkəsi pozmağa, yeni ərazilər zəbt etməyə cəhd göstəriblər. Ali Baş Komandanın qətiyyəti və ordumuzun qüdrəti ilə bu cəhdlərin qarşısı alınıb. Bir çox yaşayış məntəqələrimizi təhlükə altında saxlayan yüksəkliklər, müşahidə məntəqələri düşmənlərdən geri alınıb, işğalçının qurduğu hərbi istehkamlar dağıdılıb, həmin yerlərdə öz ordumuz möhkəmlənib. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqi bir daha bizi səfərbər edib, ölkəmiz üçün hər birimizin məsuliyyət daşıdığımızı düşüncələrimizdə möhkəmləndirib.
Ordumuz düşmən ordusunu layiq olduğu səviyyədə itkilərə məruz qoyub. Azərbaycan tərəfi atəşi birtərəfli dayandırsa da, işğalçı tərəf yenə də riyakar, təcavüzkar siyasətini silahla həyata keçirməyə çalışır. Prezidentimiz öz qətiyyətli sözünü deyib, haqlı mövqeyini ortaya qoyub.
Cavabdehlik Ermənistanın üzərində qalır.
Giriş nitqindən sonra cəbhədə şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, Qarabağ müharibəsinin I qrup əlili Əlisahab Əzizov , QMƏVŞA İB-yi rayon fililalının müdiri Vidadi Zərbiyev, şəhid ailəsi Ədibə Əliyarova, ağsaqqal ziyalı,Əməkdar müəllim Şəfaqət Rəsulov, Qarabağ müharibəsi əlili, əsgər atası Ravid Pənahov, RİH-nin əməkdaşı Göyçək Rəhimova çıxış edərək,Vətən uğrunda vuruşmağa hazır olduqlarını, Prezident İlham Əliyevin mövqeyində möhkəm dayandıqlarını dedilər. Çıxışlardan bir daha yəqin edildi ki, ölkə başçısının Təhlükəsizlik Şurasının iclasındakı nitqindən vətənpərvərlik, döyüşmək, səfərbərlik ruhunu hamı yaxşı əxz edib.
Prezident İlham Əliyevin ünvanına toplantı iştirakçılarının qəbul etdiyi müraciətdə dərin inamla qeyd edilib ki, hər bir İsmayıllı sakini özünü ön cəbhədə, səfərbər sıralarda görür.
teref.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.