İsmayıllı: yalan nə ayaq tutdu, nə yeridi

5-04-2016, 18:56           

Son günlər bir sıra KİV-lər arqument çatışmazlığından əziyyət çəkir və fikrin, sözün qurtardığı yerdə işə böhtan-şər, şöyüş kimi antiinsani davranış və vərdişlərdən istifadə edən bəziləri keçmişdə qalmaqda davam edirlər. Nə edək? Bu cür həyatı onların özləri seçir. Bizlər gedib həmin kəslərin yaxasından tutub çəkəsi deyilik ki, axı ulu yaradan səni yer üzünün əşrəfi, yaradılmışların ən alisi, təbiətin tacı kimi xəlq edib. Keçək mətləbə.
Köhnələri qurdalayan bəzi sayt və portallar yenidən İsmayıllının icra başçısı Mirdamət Sadıqovun üzərinə hucuma keçiblər. Burada onu Azərbaycan nəşriyyatının direktor müavini Allahverdi Məmmədovla şərik olaraq rayonda yolların çəkilişi üçün ayrılmış maliyyə vəsaitlərinin 70%-ni mənimsədiyini qeyd edirlər. Mirdamət Sadıqovun Allahverdi Məmmədovla heç bir tanışlığı-filan yoxdur. Yalanın tez ifşası onu quraşdıranın olduqca dəyərsiz birisi olmasından xəbər verir.
Dəfələrlə qeyd edilib ki, rayon içi və bir sıra kəndlərə çəkilən yollar daimi nəzarətdədir və rayon əhalisi hazırki icra başçısından çox razıdır. Niyə razıdır? Çünki əvvəlkilərdən fərqli olaraq Mirdamət Sadıqov yerlidir, elinə-obasına bağlı insandır, nəfsi təmizdir, aza qane olandır. İnsanlara yuxarıdan aşağı baxmır, təkəbbürlü deyil. Deyəsən İsmayıllıda yenidən siyasi rəhbərliyə can atanların işinə bu kimi keyfiyyətlər yaramır. Ancaq siz öləsiniz, İsmayılllı əhalisi yenidən öz yerli kadrını hansısa üzdən iraqın ayağına verməyəcək. İstəyirsiniz lap yazın ki, Mirdamət Sadıqov marsda villa tikdirib. Bu qırıq vicdan ki, sizlərdə var, bunu da kiv-ləri aldatmaqla çap elətdirə bilərsiniz.
Mirdamət Sadıqov yeganə icra başçısıdır ki, özü maraqlıdır ki, əli əyri idarə-müəssisə rəhbərlərinin ifşası gündəmə gəlsin. Bunun üçün dəfələrlə ictimaiyyət nümayəndələrinə müəyyən çağırışlar edib. Bu insan alim olsa da həmişə rayon üçün vacib qərarların qəbulunda fərq qoymadan bütün ziyalı və ağsaqqalları toplayaraq böyük məsləhətləşmələr həyata keçirir. Biz bu yazıya ehtiyac ona görə duyduq ki, vicdanımız bunu diqtə etdi. İsmayıllıda inkişafı görmədik deyənlərə isə yalnız bunu demək olar. Gərək yaxşını pisdən ayrıd etmək üçün şəxsi keyfiyyətlərə sahib olasan ki, allahı başının üzərində tutub etiraf edəsən ki, bu işlər görülüb və öz uğurlu nəticəsini verməkdədir. Vay o kəslərin halına ki, onları şeytan idarə edir. Belə insanlar haqqı danışa bilməzlər. Çünki onların bütün vücüduna şeytan hakim kəsilib.
Sonda qeyd etmək istəyirik ki, ölkədəki real vəziyyətə uyğun olaraq İsmayıllıda sabitlik və inkişaf var, hazırda bütün rayon əhalisi yalnız və yalnız cəbhədə baş verənlərə diqqət kəsilərək allahdan ordumuza uğur, əsgər və zabitlərimizə can sağlığı arzulayır. Bütün rayon boyu vətənpərvərlik ruhunun aşılanması istiqamətində tədbirlər, müzakirələr aparılır. İsmayıllılar dövlətə bağlıdır və hər an ordumuzun yanındadır.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.