Ermənilər Goranboyu atəşə tutdu - 56 evə ziyan dəyib

6-04-2016, 19:15           
Ermənilər Goranboyu atəşə tutdu - 56 evə ziyan dəyib
Bu dəqiqələrdə erməni silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəs rejimini pozub.

Bu barədə AzVision.az-a kəndin icra nümayəndəsi Abbas Allahverdiyev bildirib. Onun sözlərinə görə, düşmən tərəfi yaşayış evlərini atəşə tutub.

“Bu gün ermənilər pulemyot və minaatanlar vasitəsilə yaşayış evlərini atəşə tutub. Aprelin 2-dən indiyədək 8 ev yarasız hala düşüb, 56-a yaxın evə isə ciddi ziyan dəyib. Evlərin əksəriyyətinin damları, divarları top atəşləri nəticəsində dağılıb”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olunub.

Buna baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru