Pilotun ailəsi dövlət orqanlarından cavab istəyir

7-04-2016, 18:39           
Pilotun ailəsi dövlət orqanlarından cavab istəyir
Təbriz Musazadənin atası Müdafiə Nazirliyinə müraciət etdi

Aprelin 2-də cəbhədə hərbi əməliyyatlar zamanı vurulmuş “MI-24″ helikopterinin ekipac üzvlərindən hərbi pilot Təbriz Musazadənin atası Tariyel Musayev Müdafiə Nazirliyinə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciət edib. Buna səbəb isə helikopterdə olan ekipac üzvlərinin ailəsinə onların taleyi barədə heç bir rəsmi məlumatın verilməməsidir.

Hadisə zamanı helikopterdə üç nəfər ekipaj üzvü olub – Təbriz Musazadə, Ürfan Vəlizadə və Bəkir Ismayılov.


Tariyel Musayev müraciətində övladının taleyinin müəyyən edilib onlara bu barədə rəsmi şəkildə məlumat verilməsini istəyir.

“Heç bir suala cavabımız yoxdur – pilotlar sağdır, ya yox; düşmən əlindədirmi; niyə verilmir; verilməsi üçün hansı addımlar atılır; danışıqlar aparılırmı? Nə vaxta kimi biz gözümüzü qapıya dikib gözləyəcəyik?”, – deyə Təbriz Musazadənin yaxınları bildirib.

Hərbi pilot Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. Evlidir, 7 və 10 yaşlarında iki oğlu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru