Bakı sakini bacısını qətlə yetirib, yeznəsini isə yaralayıb

8-04-2016, 09:24           

Sabunçu rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb. Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib.

İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə, qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığı bildiriblər. Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları “isti izlər”lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru