Erməni mediasından şok iddia: Xankəndi “Harop”la vuruldu – VİDEO

8-04-2016, 14:15           

Xankəndindəki şiddətli partlamalarla bağlı ilkin təfərrüatlar məlum olub.

Ermənistanın “Birinci İnformasiya Agentliyi”nin yaydığı məlumata görə, Xankəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən “Harop” atışına məruz qalıb.

Agentlik partlayışın videosunu da yayıımlayıb.

Qeyd edək ki, “Sputnik” agentliyinin məlumatına görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşü zamanı Xankəndinin mərkəzində güclü partlayışlar baş verib. Şəhərin kənarından pulemyot səsləri də eşidilib, havada işıqsaçan güllələr görünüb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin “Harop” atışıyla Ağdərədə Ermənistandan Qarabağa döyüşşməyə gələn Sünik silahlılarını daşıyan avtobus, Hadrutda isə bir ədəd “Akatsiya” özüyeriyəən haubitsa və onun sursat daşıyıcısı məhv edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru