Təcili: Ermənistan Qarabağa Rusiya ordusunu gətirmək istəyir - Qarabağda artıq rus əsgərləri peyda olub
9-04-2016, 01:27
Bu gün Ermənistan parlamentinin iki aparıcı fraksiyası münaqişə zonasına sülhməramlıların gətirilməsinin vacibliyindən danışıblar.
Hakim Ermənistan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan və ana müxalifət partiyası Erməni Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan bu məsələdə faktiki olaraq razılığa gəlindiyini bildirib.
Ermənistanın “Lragir” portalının yazdığına görə, Levon Zurabyan münaqişənin nizamlanması zamanı bir sıra mövqelərin Azərbaycanın əlinə keçməməsi üçün bu addımın atılmasının vacib olduğunu bildirib: “Məgər aydın deyil ki, bu ərazilərdə Azərbaycan silahlı qüvvələrinin peyda olmasına yol vermək olmaz. Bu, Azərbaycan tərəfindən təcavüz təhlükəsinə səbəb ola bilər”.
Əslində, bölgəyə sülhməramlıların yerləşdirilməsi münaqişənin həlli üzrə təklif edilmiş Madrid prinsiplərində də nəzərdə tutulur. Amma Ermənistanda sülhməramlılar dedikdə, Rusiya ordusu başa düşülür və portalın məlumatına görə, artıq Qarabağda Rusiya hərbçiləri peyda olmaqdadır. Bu barədə dərc edilmiş məqalədə bildirilir ki, Qarabağın cənub hissəsində ermənilərin itirdikləri mövqeləri geri qaytarması barədə rəsmi İrəvanın yaydığı məlumat yalandır və əksinə, indi həmin ərazidə ermənilərin əlində qalmış mövqelərdə Rusiya hərbi ekspertləri peyda olub.
Ermənistan tərəfinin Qarabağa Rusiya qoşunlarını gətirmək istəyi Şuşanın işğalında iştirak etmiş erməni hərbçilərinin yaydığı bəyanatda da bildirilir. Ermənistan prezidenti Serj Sarkisyanı bu istəyinə görə sərt tənqid edən erməni hərbçilər iddia edirlər ki, Rusiya öz məqsədləri üçün Dağlıq Qarabağı Azərbaycana geri qayataracaq. Erməni şərhçilərinin fikrincə, Rusiyanın bu istəyinin arxasında Azərbaycanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara cəlb etmək niyyəti durur. Onların fikrincə, bununla da Putinin keçmiş SSRİ-ni bərpa etmək niyyətinin qarşısında duran əsas maneələrdən biri aradan qalxmış olacaq.
Ans pressə Rusiyadan daxil olan zənglərdə də bununla bağlı məlumatlar vurğulanır. Məlumata görə, əslən Novosibirskdən olan rusiyalı gənci bu günlərdə xidmət etdiyi Çitadan Qarabağa gətirilib. Gəncin atası orada yaşayan azərbaycanlılara müraciət edərək Qarabağdakı vəziyyətlə maraqlanıb.
“Rusiyanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı barədə deyilənlən hamısı cəfəngiyyatdır. Moskvanın əsas məqsədi Şuşada hərbi baza yaratmaqdır."
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseyinli ans press-ə bildirb ki, Ermənistanda sülhməramlılar barədə bu cür təzadlı fikrinlərin səsləndirilməsinin arxasında məhz Rusiya durur:
“Rusiyanın Dağlıq Qarabağı Azərbaycana qaytaracağı barədə deyilənlən hamısı cəfəngiyyatdır. Moskvanın əsas məqsədi Şuşada hərbi baza yaratmaqdır. Bəzi məlumatlara görə, Şuşada artıq Rusiya hərbçiləri var, amma Moskvanın məqsədi buna hüquqi don geyindirməkdir”.
Qabil Hüseynlinin fikrincə, Rusiyanın buna nail olması Azərbaycan üçün ərazi itkisi ilə birdəfəlik razılaşmaq deməkdir: “Regiona sülhməramlı sifəti ilə Rusiya qoşunlarının yeridilməsindən sonra Azərbaycanın işğal olmuş torpaqlarda anti-terror əməliyyatları aparmaq imkanı sıfra enəcək. Beləliklə, bölgə birdəfəlik Bakının nəzarətindən kənara çıxacaq. Qaçqınların dinc yolla işğal olmuş ərazilərə geri qaytarılması da mümkün olmayacaq. Buna görə də, biz bu variantın qəti əleyhinə çıxmalıyıq”.
Politoloqun fikrincə, Azərbaycan Qarabağa sülhməramlıların gəlməsinə də razılıq verə bilər, amma bu birləşmələr yalnız Rusiya qoşunlarından olmamalıdır: “Bu qoşunların tərkibində Türkiyə, Amerika. Qazaxıstan, Almaniya və s. kimi ölkələrin təmsilçiləri olmalıdır. Azərbaycan istəsə buna nail ola bilər. Çünki Amerika yalnız Rusiya əsgərlərindən ibarət sülhməramlılar variartının əlyehinədir. Çünki bu, Cənubi Qafqazın tamamilə Rusiyanın nəzarətinə keçməsi deməkdir”.
Politoloq bu fikirlərində haqlıdır. Erməni seperatçıları həmişə Dağlıq Qarabağın Rusiyanın nəzarətinə keçməsinin tərəfdarı kimi çıxış ediblər. Bu fikir Qarabağ münaqişəsinin əsas banilərindən biri, erməni cəlladlarının fikir atası Zori Balayanın bir-iki ilə qabaq Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda daha qabarıq vurğulanırdı. Azərbaycan ən azından bu cəlladın arzusunun çin olmasına mane olmalıdır.