NIKOIL | Bank Pərakəndə kreditləşmə departamentinin direktoru vəzifəsinə vakansiya elan edib - Diqqət
12-04-2016, 10:54
Təhsil Ali təhsil
İş təcrübəsi 3 ildən 6 ilədək müvafiq rəhbər vəzifəsində iş təcrübəsi
Tələblər:
* Ali təhsil
* İş təcrübəsi: 6 ildən az olmayaraq. Rəhbər vəzifəsində iş təcrübəsi: 3 ildən az olmayaraq.
* Tələb olunan bilik və bacarıqlar:
o Danışıqların aparılması qabiliyyəti;
o Kreativlik,
o İşgüzar aktivlik;
o Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi bacarığı;
o Rus və azərbaycan dillərində səlis danışıq qabiliyyəti (digər xarici dilləri bilməsi üstünlükdür).
Vəzifələr:
o Bankınpərakəndə kreditləşmə istiqamətininstratejivə əməliyyatplanlaşdırılması.
o Satış nöqtələsində pərakəndə kreditləşmənin planlaşdırılması və effektiv satışına nəzarət, satış planının icrası (verilmiş kreditlərin həcmi və sayı).
o Bankın pərakəndə şəbəkəsinin, satış kanallarının və pərakəndə kreditləşmə məhsullarının paket təkliflərinin inkişafı, pərakəndə kreditləşmə məhsullarına fərdi şərtlərin tətbiq edilməsi.
o Müştəri bazasının istifadəsi və kross satışların həyata keçirilməsi məqsədilə biznes növləri ilə qarşılıqlı əlaqələrin qurulması, məhsulların paketləşdirilməsi sisteminin və pərakəndə biznes məhsulları üzrə loyallıq sisteminin hazırlanması.
o Pərakəndə kreditləşmə məhsullarının həyata keçirilməsi üçün partnyorların axtarışı və partnyor əlaqələrinin qurulması, yeni satış kanallarının qurulması, pərakəndə kreditləşmə məhsulları üzrə fərdi şərtlərin təqdim olunması.
o Pərakəndə kreditləşmə məhsullarının hazırlanması, pilot tətbiqi, tirajlaşdırmada iştirakı, modifikasiyası, pərakəndə kreditləşmə məhsullarının təqdim edilməsi üzrə fərdi sxemlərin hazırlanması, məhsullarının verilməsinin dayandırılması.
o Kredit prosesinin təşkili metodologiyasının hazırlanması, nəzarət və Satış nöqtələrində kredit prosesinin təşkilinin müşahidəsi, Satış nöqtələrində qərarların qəbul edilməsi üzrə ümumi səlahiyyətin nəzarəti, kredit portfeli üzrə hesabatların tərtib olunması.
o Kreditləşmə risklərinin qiymətləndirilməsi, pərakəndə biznes üzrə potensial borcalanlara kreditin verilməsi barədə müqavilələrin hazırlanması.
o Bankın pərakəndə kreditləşməsinin effektiv təşkil olunması, pərakəndə kreditləşmə personalının rasional istifadəsi.
Xahiş olunur CV-nizi hr@nikoil.az elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərəsiniz