700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb - FOTOLAR

12-04-2016, 18:11           
700 bal toplayan şəhidimiz bu daxmada yaşayıb - FOTOLAR
Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan, evin tək oğlu, qəbul imtahanlarında 700 bal toplamış, Azərbaycan Texniki Universitetinin məzunu olmuş, Zəngilan rayonundan məcburi köçkün düşmüş Müşfiq Orucovun ailəsinin sosial durumu çox bərbad vəziyyətdədir.

BiG.AZ xəbər verir ki, ailə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır. Şəhidin valideyinləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Ailəyə pul yardımı etmək istəyənlər olub, amma şəhidin valideynləri bunu qəbul etməyib.

Lakin ailənin qaldığı yer şəkillərdən də göründüyü kimi çox acınacaqlıdır. Yeməyi də bu otaqda yeyirlər, yatmağa da bu otaqda yatırlar, qonağı da bu otaqda qarşılayırlar.

Şəhidin ailəsinə başsağlığına gələnləri ev darısqal olduğundan çöldə qarşılayırlar.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru