“Akula” Akifin MTN-dəki adamı ifşa olundu – Xaçmazda kadr islahatı

14-04-2016, 01:21           
“Akula” Akifin MTN-dəki adamı ifşa olundu – Xaçmazda kadr islahatı
Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məlum olayların təsiri bu qurum ləğv olunduqdan sonra da davam etməkdədir. Son 3 ayda ölkə gündəmini zəbt edən “MTN işi” məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvülərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu-Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxslər hələki rahatlıqla əvvəlki işlərini davam etdirməkdədirlər. Belə ki, məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı “MTN işi” ilə bağlı ölkədən qaçan “Akula” ləqəbli iş adamı Akif Mustafeyvin ortaqlarından birinin adı məlum olub. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, ləğv olunmuş MTN-də Xaçmaz rayon şöbəsinin sədri olmuş Qələndərli Taleh Valeh oğlu təhlükəsizlik orqanlarından kənarlaşdırılıb. Bu haqda bizi bilgiləndirən mənbənin sözlərinə görə T.Qələndərli xidmətə uyğunsuzluqla görəvdən alınıb və sistemdən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı digər təfərrüatlar da məlum olub. Belə ki, məlumatlı mənbə cumhuriyyet.az-a T.Qələndərlinin MTN-ə işə girməsi və vəzifə pillərərində yüksəlməsi haqda da bilgi verib. Həmin bilgilərə görə, sabiq MTN-çi Akif Çovdarovun kadrı sayılıb. Məlumata görə, MTN Xaçmaz rayon şəbəsinin rəhbərinin atası Valeh Qələndərli Bakıda tikinti maqnatı kimi tanınan, Akif Çovdarovun yaxın adamı, “Akula” ləqəbli Akif Mustafayevlə uzaq qohum və yaxın münasibətdə olub. Bu münasibətlər isə gənc Qələndərlinin MTN-də yer və vəzifə tutmasına səbəb olub.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.