Qarabağda HAROP-la 6 uğurlu atış – hədəflərin hamısı vurulub

14-04-2016, 23:42           

Azərbaycan Silahlı Qüvvələrinin üşgünlük müharibədə HAROP “gəzən sursat”ların tətbiqi ilə endirdiyi 6 zərbənin hamısı uğurlu olub.

“AzeriDefence”nin məlumatına görə, 6 atışın hamısında ermənilərin mühüm obyektləri vurulub, canlı qüvvəsi təlafata uğradılıb.

HAROP-un ilk tətbiqində Ermənistanın Sünik rayonundan Qarabağa döyüşmək üçün gələn könüllülərin olduğu avtobus vurulub. Nəticədə 7 nəfərin öldüyü bildirilib. Avtobusda olan digər könüllülərin öldü-qaldısından heç bir xəbər yoxdur.

Digər atışlar nəticəsində ermənilərin Hadrut istiqamətində yerləşdirdikləri 2S3 “Akatsiya” batareyası sursat yükləmə zamanı, cəbhə xəttinin dərinliyindəki hərbi hissənin şəxsi heyəti sıra düzülüşü zamanı (qaçıb sığındıqları bina daxil olmaqla), ermənilərin hava hücumundan müdafiə hissəsi, düşmən qüvvələrinin cəmləşdiyi ərazi, habelə hərbi istifadə üçün hazırlanan aerodromun uçuş zolağı məhv edilib.

Qeyd edək ki, HAROP ilk dəfə döyüş əməliyyatlarında praktik olaraq Azərbaycan tərəfindən 2-5 apprel 2016-cı il tarixlərində tətbiq olunub.

HAROP “gəzən sursat” (loitering munition) PUA-lar kimi üzərində elektro-optik kameralara malikdir. Saatlarla havada qala, kəşfiyyat görüntülərini real vaxt rejimində operatora ötürür. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisidir.

“Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. 135 kq çəkiyə malik “Harop” 13/33 kiloqram partlayıcı yükə sahibdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.