Vasif Talıbov digər icra başçılarına və məmurlara nümunə oldu

15-04-2016, 18:10           
Vasif Talıbov digər icra başçılarına və məmurlara nümunə oldu
Ordumuzun Qarabağdakı erməni işğalçılarına qarşı həyata keçirdiyi uğurlu əməliyyat ərəfəsində milli bayrağımıza olan tələbatın artması bəzi fürsətçilərin onun qiymətini qaldırması ilə nəticələndi

Şəhidlərin dəfni, ordumuza dəstək yürüşləri zamanı insanların bayrağımıza sarılması bayraq satan mağaza və dükanlarda növbələr yaratdı.

Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə insanlara milli bayraq pulsuz paylanıb. Həmin günlərdə Naxçıvanda milli bayraq almaq istəyən vətəndaşlara mağazalarda bayraq pulsuz verilib.

Belə məsələlərdə Azərbaycanın müxtəlif bölgələrindəki əksər rəhbər işçilərin Vasif Talıbovu örnək götürməsində böyük fayda var. Millətin vətənpərvərlik hisslərinin yüksək olduğu dövrdə bayrağın qiymətini süni şəkildə qaldırmaq isə sadəcə vicdansızlıqdır.\\olke.az\\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru