Hücuma keçən erməni əsgərləri minaya düşdü- SON DƏQİQƏ
16-04-2016, 00:46
Ağdamın Yusifcanlı kəndi istiqamətində hücuma keçmək istəyən düşmən ordusu 10-dan artıq itki verərək, geri çəkilməli olub
Ermənistan ordusunun işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi birləşmələrinin az öncə Ağdamın Yusifcanlı kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərinə hücum etmək cəhdləri alınmayıb. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədəki ermənilər yayıblar.
Həmin məlumata görə, erməni əsgərləri əvvəlcə mövqelərimizi atəşə tutublar. Daha sonra isə hücuma keçərək, postlarımızı ələ keçirməyə çalışıblar. Lakin Azərbaycan Ordusunun əsgərləri düşməni bir neçə saatlıq döyüşdən sonra geri çəkilməyə məcbur edib.
JAM.AZ erməni mənbələrinə istinadən xəbər verir ki, geri çəkilən düşmən əsgərləri qaranlıqda yolu azaraq, minalı sahədən keçərkən, xeyli itkilər veriblər. Erməni sosial şəbəkə istifadəçilərin yazdığına görə, hal hazırda Ağdamın Yusifcanlı istiqamətindəki hərbi hissələrdən Xankəndi və Əsgəran hərbi qospitallarına xeyli sayda yaralı əsgərlər gətirilir. Ölənlərin təxmini sayının 10 nəfərdən çox olduğu deyilir. Məlumatlara görə, ölənlərin sayının daha çox olacağı gözlənilir.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi ilə dəqiqləşdirməyə çalışırıq.