Sabunçu məhkəməsi qarşısında Qarabağ əlili və şəhid ailələrinin aksiyası olacaq

16-04-2016, 10:33           

teref.aznun poçtuna bir qrup Qarabağ əlili və şəhid ailəsinin Sabunçu məhkəməsinin qarşısında etiraz aksiyası keçirəcəkləri və bu aksiyanın məqsədl ilə bağlı məktub daxil olub. Sabunçu rayon məhkəməsində baş verən qanunsuzluqlara diqqət çəkən şikayətçi, Azərbaycan prezidentinə müraciət ünvanlayıblar. Bu müraciəti sizə təqdim edirik:
Prezident İlham Əliyevə
Bakı 1131,Y.Günəşli,V massivi,ev 31,m.28 Əlillər evində yaşayan
Abbaszadə Xaliq Əvəz oğlu, Qarabağ əlili tərəfindən

Sabunçu m-sinin hakimi İmran Burcayev kənardan rüşvətlə Rəvan sığorta şirkətinin mənə qarşı iddiası üzrə qarşılıqlı iddia versəm də,6 aydır təqdim edilsə,bu statusumu göstərməyib.10 aydan sonra şikayət vermə müddətini gözləmədən \"aidiyyatı\" üzrə Suraxanı m-sinə göndərib.Mən bu 10.02.2016 tarixli qərardadı 14.03.2016-da almışam,18.03.2016-da şikayət vermişəm.Niyə şikayətimə baxılmadan,müddət gözlənilmədən Suraxanıya göndərilib?Bu gün-15.04.2016-da Suraxanı m-sində hakim Ramil Həsənov bildirdi ki,şikayətimi təqdim edim.Mən şikayəti Sabunçu m-sinə vermişəm.Onun surətini bu gün ƏN-ə,PA,NK-ya təqdim etdim. Poçtla Suraxanıya da göndərəcəyəm.Ayrı-seçkiliyə son qoyun.Hamı qanun və məhkəmə qarşısında eynidir.Suraxanı m-sində 6 aydır Elçin Ağayevin icraatında iddiam var.Niyə baxılmır?Necə olur,qanunsuz qərardad bura göndərilən kimi qəbul edilir,amma 6 aydır mənim iddiama baxılmır?Sizdən əsasız iddia verdiklərinə görə,məhkəməyə rüşvətlə təzyiq etdiklərinə görə,şikayətimi müddət bitmədən saxta əsasla \"aidiyyatı \" üzrə göndərilməsinə görə Sabunçu m-sinin sədri İlqar Abbasovun,hakimi İmran Burcayevin,sığorta dələduzlarının cəzalanmasını,Suraxanı m-sinin 6 aydır verdiyim iddiaya baxmasını təmin etməyi xahiş edirəm.Aprelin 27-də saat 11-də və 12-də Sabunçu və Suraxanı məhkəmələrinin qarşısında,14-də Rəvan sığortanın qarşısında "Qarabağ əlilindən qan pulu tələb edənlərə ar olsun!" şüarı ilə etiraz aksiyası keçirəcəyik.Təhlükəsizliyimizi təmin edin.
teref.az qarşı tərəfində fikirlərinə yer verməyə hazırdır!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.