Rus motoatıcıları döyüşməkdən İMTİNA ETDİLƏR

5-05-2022, 12:08           
Rus motoatıcıları döyüşməkdən İMTİNA ETDİLƏR
Ukraynada Rusiyanın Şərq Hərb Dairəsinin 35-ci birləşmiş silahlı ordusunun 38-ci motoatıcı briqadasının hərbçiləri xeyli itki verib və bundan sonra müharibədə iştirakdan imtina ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk səhifəsində məlumat yayılıb.

Məlumata görə, rus hərbçiləri Rusiyaya getməyi gözləyirlər:

“Luqansk vilayətinin Svatovski qəsəbəsində yerləşən Cənub Hərb Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun (qondarma “lxr” - red.) silahlı birləşmələrinin isə mənəvi-psixoloji vəziyyəti çox aşağıdır, silah və mühafizə vasitələri ilə bağlı ciddi problemləri var. Onlar tapşırıqları yerinə yetirməyə hazır deyillər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru