Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir

20-04-2016, 13:56           
Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir
Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər təklif edilir.

Bu barədə Milli Məclisdən bildirilib.

Məlumata görə, parlamentə “Polis haqqında” qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunub.

Maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməli olacaq. Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə” izah etməlidir.

Layihə Milli Məclisin aprelin 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru