Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası – VİDEO

7-05-2022, 11:15           
Amsterdama uçan təyyarədə sərnişinlərin kütləvi davası – VİDEO
Mançesterdən Amsterdama KLM aviaşirkətinin reysi ilə uçan sərnişinlərin kütləvi davası videoya çəkilib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin məlumatına görə, baş verənlərin təfərrüatı hələ də dəqiqləşdirilir. Davanı mobil telefonu ilə lentə alan sərnişinin dediyinə görə, insidentin başlamasına səbəb 20 yaşlarında gənc britaniyalının irqçi ifadəsi olub.

Videoda üç nəfərin bir sərnişinin üzərinə atılaraq necə zərbələr endirməyə başladığı görünür. Hücuma məruz qalan şəxsin iki yol yoldaşı onun müdafiəsinə qalxıb və cavab olaraq xəsarət yetirənləri döyməyə başlayıb. Ekipaj üzvləri dava edənləri ayıra bilməkdə çətinlik çəkiblər, yalnız pilotun müdaxiləsindən sonra buna nail olunub.

Daha sonra təyyarə komandiri polislə əlaqə saxlayıb. Niderlandın paytaxtına çatdıqdan sonra altı qanun pozucusu saxlanılıb, onlardan biri yüngül xəsarətlər alıb. Aviaşirkət hadisə zamanı ekipaj üzvlərindən heç birinin xəsarət almadığını bildirib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru