Deputatlar gecə klubunun mühafizəçisini təhqir etdilər

7-05-2022, 10:02           
Deputatlar gecə klubunun mühafizəçisini təhqir etdilər
Fransa polisi ötən gecə Avropa Parlamentinin deputatlarının iştirakı ilə baş verən insidenti araşdırır.

Teref.az-ın yazdığına görə, Lent.az-ın yerli DNA (Les Dernières nouvelles d'Alsace) agentliyinə istinadla xəbərinə görə, hadisə Strasburqdakı gecə klubunda baş verib. Estoniyadan olan 2 deputat gecə barına girərkən mühafizə xidməti onlardan qarderob üçün ödəniş tələb edib. Lakin deputatlardan biri bundan imtina edərək mühafizəçini təhqir edib. Digər deputat isə mühafizəçini vuraraq yerə yıxıb. Barın rəhbərliyi müştərilərin Avropa Parlamentinin deputatı olduğunu bildiyi üçün müşaqişənin böyüməsinə imkan verməyib.

Estoniya mətbuatı insidentdə adı keçən deputatları müəyyən edib. Onlardan biri keçmiş baş qərargah rəisi Riho Terras, digəri isə, vaxtilə Hitlerlə bağlı müsbət fikirlərinə görə qalmaqal yaratmış Jaak Madisondur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru