Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı qadağan olundu - TƏFƏRRÜAT

7-05-2022, 09:58           
Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı qadağan olundu - TƏFƏRRÜAT
Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Teref.az Kriminalqafqaz-a istinadla xəbər verir ki, o, dövlətə olan borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb. Belə ki, Y.Abbasəliyevlə bağlı Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb və məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, Y.Abbasəliyevin atası Natiq Abbasəliyev rütbəcə polkovnik-leytenant olub. O, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə nazirliyin Maliyyə İdarəsinin şöbə müdiri işləyib.

Bir neçə il öncə Y. Abbasəliyevin Dubayda lüks həyat yaşadığını nümayiş etdirən video yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru