Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla keçdi - DƏHŞƏTLİ QƏTL
27-05-2022, 15:54
Mayın 22-də Rusiyanın Tolyatti şəhərində baş vermiş dəhşətli cinayətin üstü açılıb. Teref.az xəbər verir ki, lent.az-ın məlumatına görə, azərbaycanlı Telman adlı şəxs sevgilisi Olqanı qətlə yetirib.
Məlum olub ki, Olqa ilə Telman əvvəllər sevgili olublar. Telman çilingər, Olqa isə satıcı işləyib. Qadının 3 övladı var imiş.
Onlar uzun müddət birlikdə yaşasalar da sonradan münasibətləri pozulub.
Mayın 21-də Telman Olqanı görüşə çağırıb və bir yerdə olublar, yaxşı vaxt keçiriblər. Amma münasibətləri bərpa etmək mümkün olmayıb. Daha sonra aralarında mübahisə başlayıb.
Mayın 22-nə keçən gecə qadını düşürdükdən sonra Telman maşını onun üzərinə sürüb. Qadın çoxsaylı bədən xəsarətləri alıb və onu xilas etmək mümkün olmayıb.