Qadın yeni doğulmuş körpəsini sobaya atıb yandırdı -Dəhşət

25-04-2016, 23:44           
Qadın yeni doğulmuş körpəsini sobaya atıb yandırdı -Dəhşət
Rusiyanın Xabarovsk vilayətinin Polina Osipenko kəndinin 33 yaşlı sakini ana olduqdan dərhal sonra yeni doğduğu körpəsini sobaya ataraq yandırıb. Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xabarovsk prokurorluğundan bildirilib.
Prokurorun böyük köməkçisi Valentin Qlazovun sözlərinə görə, faktla bağlı cinayət işi qaldırılıb.
Məlumata görə, kənd sakini körpəni istehsal bazasının ərazisindəkı qızdırıcı vaqonunda doğub. Qadın doğuşdan dərhal sonra körpəni sobanın içinə atıb.
Körpə yanaraq ölüb. 33 yaşlı qadın bundan sonra onun yanmış meyitini küçə ayaqyolusuna atıb.
Bunu görən yerli sakinlər dərhal polisə məlumat veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru