İrəvanda sərnişin avtobusunda partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB-3

26-04-2016, 08:29           

İrəvanın mərkəzində sərnişin avtobusunun partlaması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağırdır. APA-nın xəbərinə görə, bu barədə Ermənistan FHN-nin məlumatında bildirilir. Məlumata görə, insident nəticəsində xəsarət alanların hamısı Ermənistan vətəndaşıdır.

***** 01.11

Bakı-APA. Ermənistan FHN-nin dəqiqləşdirilmiş məlumatına əsasən, İrəvanın mərkəzində sərnişin avtobusunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidlərinin sözlərinə görə, marşrut avtobusunda baş verən partlayış çox güclü olub. Partlayışın səbəbi hələlik məlum deyil. Ermənistan FHN-nin məlumatına görə, avtobus dizel yanacağı ilə işləyib, buna görə də qaz balonunun partlaması versiyası istisna olunur.

Polis hazırda insidentin səbəblərini araşdırır.


**** 23.01

Bakı-APA. İrəvanın mərkəzində sərnişin avtobusunun partlaması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.

İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub. Avtobusun Alabyan küçəsində partladığı bildirilir.

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.

İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

**** 22.31

Bakı-APA. Ermənistanın paytaxtı İrəvan şəhərində axşam saatlarında sərnişin avtobusunda partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.

İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub. Avtobusun Alabyan küçəsində partladığı bildirilir.

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.

İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru