Texniki Universitetdə tələbələrin iki aydır təqaüdləri niyə verilmir? - NARAZILIQ VAR...

26-04-2016, 12:50           
Texniki Universitetdə tələbələrin iki aydır təqaüdləri niyə verilmir? - NARAZILIQ VAR...
Azərbaycanda son dönəmlər yaşanan böhranlı vəziyyət bəzi universitet rəhbərlərinin işinə yarayıb. Onlar böhranı əsas gətirərək, artıq tələbələrin ciblərinə də girməyə başlayıblar.
JAM.AZ xəbər verir ki, Azərbaycan Dövlət Texniki Universitetdə analoji vəziyyət yaşanır. Belə ki, hazırda bu ali məktəbdə iki aydır tələbələrə verilən təqaüdlər kəsilib. Tələbələrin verdiyi məlumata görə, təqaüdlərinin kəsilməsinin səbəbi olaraq son dövrlər yaşanan iqtisadi böhran və büdcədə pulun olmaması göstərilib.
Qeyd edək ki, hazırda ADTU-da 7000-ə yaxın tələbə təhsil alır. Onların 70 faizə qədəri ödənişli təhsil alanlardır. Təqribən 2000 tələbə dövlət hesabına təhsillərini davam etdirirlər. Bu tələbələrin hər birinə isə ayda 88 manat təqaüd verilir. Bu da hər ay üçün 176 min manat deməkdir.
JAM.AZ-a verilən məlumatda vurğulanır ki, tələbələrin təqaüdlərinin kəsilməsinə göstərişi Texniki Universitetin rektoru Havar Məmmədov verib. Belə ki, o, iqtisadi böhranı və digər səbəbləri əsas göstərib. Halbuki heç bir dövlət qurumu əmək haqqlarının və ya təqaüdlərin verilməsində sıxıntı yaşamadıqlarını bildirirlər. Hətta hökumət belə bu sahədə hər hansı bir probleminin olduğunu açıqlamır.
Məsələni araşdırarkən məlum olub ki, Havar Məmmədova bu addımı özbaşına atıb və şəxsi maraqlarını güdüb. Məlumatlara görə, artıq bir neçə ildir universitetin əsas binasının fasad işləri görülür və bununla bağlı büdcədən xeyli miqdarda pul ayrılıb. Lakin həmin pulların təmir işlərindən başqa bütün işlərə xərcləndiyi məlum olub. JAM.AZ xəbər verir ki, yarımçıq qalmış təmir işlərini yekunlaşdırmaq üçün rektor tələbələrin təqaüd pullarından istifadə etməyə başlayıb. Bu da iki ay üçün orta hesabla 356 min manatlıq bir rəqəm edir ki, həmin pulla təmir işlərinin böyük hissəsini yekünlaşdırmaq mümkündür.
Məlumatlara görə, Havar Məmmədovanın ürəyindən tələbələrin daha iki ay təqaüdlərini verməmək keçir. Bu isə toplam 700 min manatlıq bir vəsait deməkdir ki, rektor bu addımı atmaqla orada təhsil alan gəncləri üzərinə qaldıra bilər.
Bu əsnada bildirək ki, tələbələr artıq narazılıq etməyə başlayıblar. Onlar rektorluqdan məsələyə aydınlıq gətirilməsi və təqaüdlərinin verilməsini tələb edirlər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.