Heydər Babayevin Bakıda şərq üslublu 50 milyonluq - QƏSRİ FOTOLARDA

26-04-2016, 17:29           

Son günlər ölkə mediasında Babayevlər ailəsinin biznes imperiyası ilə bağlı araşdırma yazılar yer alıb. Həmin yazılar ki, Babayevlərin YUXARIdan aşağı baxanlarını ciddi narahat edib. Həmin narahatlıq keçirənlər, Babayevlərin günü-gündə güclənməsindən tələşa düşdüyünü düşünməyin, bu əssla belə deyil. Onlar iqtidardakı gizlinliklərinin deşifrə olduqlarından tələşa düşdükləri aşikardır. Onlar yaxşı bilirlər ki, böyük bir imperiyaya və gücə sahib olan Babayevlərin əli bir gün iqtidara qədər uzana bilər. Və bunu üstü qabaqcadan açılarsa həmin şəxslərin həyatı təhlükəyə girər. Mənz bu faktor YUXARİdakı Babayevlərin göztəpklərini tələşa salıb... Nə isə keçək əsas mətləbə:

Özlərini ərəb şahzadəsinə bənzədən Babayevlər klanının həm Azərbaycanda həmdəki, ölkə hüdudlarından kənarda sahib olduqları sərvət və saysız hesbsız daşınmaz əmlaklarla bağlı redaksiyaya ilginc məlumatlar daxil olub. Azerinews.tv-ni bilgiləndirən mənbənin iddiasına görə, Bakının Dübəndi qəsəbəsində - dənizin içərisinə qədər uzanan nəhəng villa Dubay şahzadələrinin saraylarına oxşayır və şərq üslubunda tikilən malikanə 4 hektar ərazini əhatə edir. Daxil olan məlumatla bağlı əməkdaşlarımız kiçik bir araşdırma aparıb. Araşdırmalar zamanı məlum olub ki, mənbənin verdiyi məlumat tamamıilə doğrudur. Ölkəmizdəki Babayevin klanına aid olan bir necə qəsrin və obyektlərin qiyməti nə az nə çox Azərbaycanın büdcəsindən belə artıqdı. Təkcə Dübəndidə olan ərəb memarlıq üslubunda tikilən qəsrin qiyməti 50 milyon dollardır...
Məlumata görə, villanın içərisində mozayka ilə işlənmiş 11 sauna, bir neçə gözəllik salonu, kinoteatr, fitnes klub və s. var. Ümumilikdə 4 mərtəbəli olan malikanənin 2 mərtəbəsi yerin altında yerləşir. Birinci mərtəbədə Yaşar Babayevin ailəsinə məxsus, dəyəri 100 minlərlə ölçülən lüks avtomobillər üçün nəzərdə tutulan qaraj yerləşir.

Mənbənin verdiyi məlumata görə, evin içi şah saraylarına uyğun bəzədilib, bahalı freskalar, qızıl işləmələr, naxışlar var. Qeyd edək ki, bu naxışları işləmək üçün Türkiyədən özəl olaraq qızıl tərkibli boyalar gətizdirilib. Həmin boyaların 100 qramı 18 dollara alınıb. Və bu villada təkcə bu boyadan minlərləsi istifadə olunub. Bir sözlə, böyük biznes imperiyasına sahib Babayevlər ailəsinin bir üzvü - Neft Bazasının keçmiş rəhbəri Yaşar Babayev bu QƏSRDƏ şahlara xas həyat tərzi sürür. Həm də bu özlərini ölkənin sahibləri hesab edən Babayevlər ailəsinin sahib olduğu tək QƏSR, daha doğrusu SARAY deyil. Onlarda bu kimi malikanələrin sayı çoxdur.

Saytımız 50 milyonluq 4 mərtəbəli sarayın bütün otaqlarında heykəltaraşlaın qızıl tərkibli boya ilə işlənmiş fotoların təqdim edir:
Onuda qeyd edək ki, Yaşar Babayev qardaşı nazir, özü Neft Bazasının rəhbəri olduğu zamanlarda qısa müddətdə fantastik sərvətə sahibləninblər. Məhz onun nəticəsidir ki, Bakıda, Türkiyədə, Dubayda çoxsaylı villalar və obyektlərin sahibinə çevriliblər. Onun oğlu Niyaz Babayev tez-tez öz sərvətini sosial şəbəkələrdə reklam etməkdən belə çəkmir. Kiçik Babayev dünyanın ən bahalı markalarına məxsus avtomobillərdə gəzir, Dubayın elit rayonunda - əfsanəvi "Palm Cumeyrah" adalarında yerləşən dəbdəbəli villasında yaşayır. Bu adada adi villaların qiyməti belə 5 milyon dollardan başlayır. Bundan başqa, Niyaz Babayev dünyanın ən yaxşı kurortlarına səyahət edir, ərəb şahzadələrinin getdiyi ən bahalı məkanlarda - Kann, Monako, Marbelyu, Sent-Rope, "Gotha" klubu, İstanbulun "Reina" klubunda əyləndiyidə verilən məlumatlar sırasındadı. /azerinews.tvHeydər Babayevin Bakıda şərq üslublu 50 milyonluq - QƏSRİ FOTOLARDA
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.