Çili sakini səhvən maaşının 286 mislini alıb yoxa çıxdı

29-06-2022, 12:04           
Çili sakini səhvən maaşının 286 mislini alıb yoxa çıxdı
Çilidə “Cial” ət şirkətinin əməkdaşına təsadüfən bir dəfəyə əmək haqqının 286 misli ödənilib.

O, 500 min əvəzinə 165 milyon pesodan çox alıb.

Həmin şəxs səhvi rəhbərliyə bildirib. Ondan əlavə pulu qaytarmağı tələb ediblər. İşçi razılaşaraq ertəsi gün banka gedəcəyini vəd edib. Amma nə banka, nə də işə gəlməyib.

Çilili məsafədən işdən çıxmaq haqqında arayış göndərərək yoxa çıxıb. Onun harada olduğu bilinmir. Şirkət həmin şəxsi pulu mənimsədiyinə görə məhkəməyə verəcəyini bildirib.

Mənbə: knife.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru