ÜMİD partiyasının sədrinin müavini istefa verdi - BƏYANAT

3-05-2016, 22:49           

ÜMİD partiyasının sədrinin gender məsələləri üzrə müavini Həcər Abbaslı bu gün sədr müavinliyindən və partiyadan istefa verib.
teref.az olaraq Həcər Abbaslının bəyanatını sizə təqdim edirik:
Mən Həcər Abbaslı bu gündən ÜMİD partiyası sədrin gender məsələləri üzrə müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm .
Bildirmək istəyirəm ki , istefamı partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi , partiya daxili idarəciliyinin üzvlərin ictimai siyasi təcrübəsi , fərdi potensialı , perspektivi və ümumi komanda maraqlarının əsasında deyil , sədrin şəxsi münasibətləri zəmnində aparılması bu qərarı verməyimə səbəb oldu.
İstefama səbəblərdən ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016 ci il 18 İyun təkrar seçkilərində iştirak qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi , həmcinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən irəli sürməsi olmuşdur.
Bəyan edirəm ki , bu gündən müxalif partiya imitasiyasında , cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm.
Hörmətlə ,
Həcər Abbaslı ,
03.05.2016
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.