Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı – TƏFƏRRÜAT
3-05-2016, 23:45
Şamaxı rayon sakini, 1988-ci il təvəllüdlü Mövli Mövliyev dayısı qızını zorlayıb.
Mövli dayısı Eldarın (ad şərti verilib - H.Z) Şamaxı rayonu Göylər kəndindəki evində qonaqlıqda olub və yeyib-içib. Mövli sərxoş olandan sonra gecə saat 01.00-da dayısı qızı Günelə dəfələrlə zəng edib, habelə SMS-lər yazaraq onunla görüşmək istədiyini, vacib sözünün olduğunu deyib. Amma Günel Mövlinin nə telefon zəngələrinə, nə də SMS-lərinə cavab verməyib.
Mövli Mövliyev dayısı qızının evin ikinci mərtəbəsində yerləşən yataq otağında tək olduğunu bilib və bundan istifadə edərək, Güneli zorlamaq məqsədilə yataq otağına gedib. O, Günelin lüt vəziyyətdə yatmasından istifadə edərək onunla zorakı yolla cinsi əlaqədə olub.
“Dayımgilə qonaqlığa getdim”.
Günelin valideynləri Şamaxı rayon Polis Şöbəsinə şikayət edəndən sonra Mövli həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Mövli Mövliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bütün bunların ona qarşı böhtan olduğunu qeyd edib:
“Martın 24-də təxminən saat 19.20 radələrində valideynlərim ilə birlikdə dayım Eldargilə qonaqlığa getdim. Evə keçib, yemək yeyib spirtli içki qəbul etdik. Bir qədər sonra siqaret çəkmək üçün həyətə çıxdım. Gördüm ki, Günel mobil telefonla kiminləsə danışır”.
“Günel məni qucaqlayıb “səni istəyirəm, nişanını qaytar, məni al” dedi”.
Mövli Mövliyev bildirib ki, Günelin telefonla kiminləsə danışmağına fikir verməyib:
“Bir qədər sonra Günel mənə sözü olduğunu dedi. Buna görə də məndən mobil telefon nömrəmi istədi. Öz mobil telefonumu ona verdim ki, nömrəsini telefona yazsın. Nömrəni yazandan sonra telefonumu geri qaytardı. Sonra Günel məni qucaqlayaraq “səni istəyirəm, nişanını qaytar, məni al” dedi. Ona Sevda ilə nişanlı olduğumu və bu səbəbdən də onu ala bilməyəcəyimi dedim. Həmin vaxt valideynlərim, iki dayım - Suma və Neman otaqdan çölə çıxdılar. Onlar da Günelin məni qucaqlamasını gördülər. Günelin anası dedi ki, qardaşıdı da qucaqlayıb”.
“Güneli lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 23.00 radələrində ailə üzvləri ilə birlikdə evlərinə qayıdıb:
“Anama bildirdim ki, xalamgildə qalmağa gedirəm. Xalamgilin evinin açarlarını götürdüm və evdən çıxdım. Günelin başqa oğlanla görüşdüyündən şübhələnmişdim. Bir neçə dəfə Güneli başqa oğlanla tutmuşdum. Onun atasına, qardaşına demişdim ki, qızınız belə hərəkətlər edir. Güneli öz həyətlərində lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam. Günel başqa oğlanla telefonda danışanda eşitmişəm, oğlana deyib ki, axşam gələrsən, söhbət edərik. Ona görə də Güneli güdmək qərarına gəldim. Bir qədər Günelgilin həyətini güdəndən sonra gördüm ki, mənim orada olmağımı Günel hiss edib. Bundan on beş-iyirmi dəqiqə sonra Suma məni səslədi. Mən də cavabımda “gəlirəm” desəm də, bir qədər gec getdim. Bu dəfə Günel gəldi və dayımın məni çağırdığını bildirdi. Xalamın evinin qapısını bağlayandan sonra dayımgilə keçdim”.
“Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni zorlayıb”.
Mövli Mövliyev daha sonra qeyd edib ki, həyətə girəndə dayısı oğlunun əllərini yuduğunu, dayısının həyətdə olmağını görüb:
“Günelə dedim ki, mənə bir stəkan su versin. Günelin gətirdiyi suyu içdim. Daha sonra Günel otağa keçdi. Bir neçə dəqiqə sonra geri qayıdanda Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni zorlayıb. Məni Günelin valideynləri evin birinci mərtəbəsinə apardılar. Sonra mənim valideynlərimi çağırdılar və onlara bildirdilər ki, oğlunuz bizim qızımızı zorlayıb. Mən də həmin vaxt atama belə bir hadisənin olmadığını bildirdim. Dedim ki, əlim belə Günelə dəyməyib”.
“Cavan uşaqlar mənə çatdırdı ki, dayım qızı yolunu azıb”.
Təqsirləndirlən şəxsin sözlərinə görə, Günelin ailəsinin prinsipə getməsinə səbəb onun xalası qızı ilə nişanlanması olub:
“Mən nişanlanandan sonra aramızda düşmənçilik yaranıb. Nişanımda da çatdırıblar ki, darıxma, görün, sizin başınıza nə işlər gətirəcəyik. Dayım həmişə mənə qarşı yaxşı münasibətdə olub. Məqsədim dayımın qeyrətini çəkmək olub. Kənd camaatının içinə utandığımdan çıxa bilməmişəm. Cavan uşaqların içərisində mənə çatdırıblar ki, dayımın qızı yolunu azıb. Belə söhbətlərə görə utanmışam. Qərara gəldim ki, Güneli başqa oğlanla tutub, atasına məlumat verim ki, qızını yığışdırsın. Gözləmişdim ki, evdəkilər yatsın, Günel oğlanla görüşəndə onu tutum”.
“Mənə Günellə evlənməyi təklif ediblər”.
Mövli Mövliyev bildirib ki, nişanlanandan sonra ona qarşı böhtan atmağa başlayıblar:
“Qonaqlıqda olan vaxt çarpayının üstündə oturmuşam. Çarpayının üzərində paltarlar və “adyal” olub. Həmin çarpayının üzərində yorğan da olub. Hadisə vaxtı polis işçilərindən birinci dayımın tanışı, adını bilmədiyim bir nəfər gəlib. Məni Günelgildə döyərək paltarlarımı cırıblar. Bədənimdəki xəsarətləri Günelin atası yetirib. Mənə Günellə evlənməyi təklif ediblər. Sonra da valideynlərimə deyiblər ki, qızı aparın. Həmin vaxt Namiq adlı qohumları da orada olub. İlk dəfə hadisə yerinə Dövlət Yol Polisinin işçiləri gəliblər. Hadisə yerində qan görmüşəm. Amma bilməmişəm ki, nə qandır”.
“Mövlini həmişə özümə qardaş kimi bilmişəm”.
Zərərçəkmiş Günel ifadəsində bildirib ki, martın 24-də Mövli və digər qohumları onlara qonaq gəliblər. Onun sözlərinə görə, həmin vaxt atası ilə qardaşı qışlaqda olublar:
“Atam ilə qardaşım bir qədər sonra qışlaqdan qayıtdılar. Atam, Fəqan və Mövli spirtli içki içdilər. Təxminən saat yarımdan sonra Mövli bayıra çıxdı və məndən atasının yanında olan mobil telefonunu gətirməyi xahiş etdi. Təxminən beş dəqiqədən sonra Mövli yenidən məni çölə çağıraraq pilləkanda yanında oturmağımı xahiş etdi. Mövlini həmişə özümə qardaş kimi bilmişəm. Pilləkanda Mövlinin yanında oturdum. Mövli qolunu boynuma salaraq məndən mobil telefonumun nömrəsini istədi. Mövlidən nömrəmi nə üçün istədiyini soruşdum. Bildirdi ki, “dayım qızı deyilsən, nömrəni mənə ver, sənə vacib sözüm var”. Mövliyə sözü varsa, indi deməyini istədim. Mövli “uzun məsələdir, telefonda deyəcəyəm” deyərək nömrəmi istədi. Buna görə də Mövliyə nömrəmi verdim”.
“Telefon söhbəti deyil, ölüm-dirim məsələsidir”.
Zərərşəkmiş daha sonra ifadəsində qeyd edib ki, gecə təqribən saat 01.00 radələrində evdə televizorun yanına qoyduğu mobil telefonu götürüb: “Baxanda telefona tanımadığım nömrədən iyirmi qəbul edilməmiş zəng, beş-altı “SMS” gəldiyini gördüm. “SMS”lərdə baxanda gördüm ki, “Gülnar mənəm Mövli, telefonu aç da”, “Sən mənə inanmırsan, telefonu aç. Bu qədər zəng edirəm, telefonu aç” mesajları gördüm. Elə həmin vaxt telefona yenidən zəng gəldi. Zəngə cavab verdim. Mövli bibim Səriyyəgilin həyətində olduğu bildirdi və siqaret yandırmaq üçün kibrit istədi. Evdən kibriti götürdüm və Mövlinin istəyi ilə qapı qonşumuz olan bibimin həyətinə atdım. Mövli bibim Səriyyənin qızı Könüllə nişanlı olub. Səriyyəgil ailəlikcə Rusiya Federasiyasında olduqları üçün Mövli onların evində qalıb. Kibriti atıb evə qayıdandan sonra Mövli yenidən mənə zəng etdi, kibriti tapa bilmədiyini dedi. O, yenə kibrit istədi və bildirdi ki, məni görmək istəyir, vacib sözü var. Mövliyə dedim ki, vacib sözünü telefonda de, Mövli “telefon söhbəti deyil, ölüm-dirim məsələsidir” dedi”.
Günelin sözlərinə görə, Mövli istədyini edə biləcəyini söyləyib. O, əlavə edib ki, Mövliyə bir azdan zəng edəcəyini deyib və telefonu söndürüb:
“Mövliylə danışandan sonra yatağıma girdim. Təxminən on dəqiqə sonra yuxuya getdim. Birdən otağın qapısı açıldı. Yuxulu olduğum üçün əvvəlcə heç nə başa düşmədim. Otağın işığı yanıb-sönəndə içəri girənin Mövli olduğunu gördüm. Mövli üstümə gələ-gələ əynindəki gödəkcəni çıxardı və uzandığım vəziyyətdə üstümə cumdu”.
“Mövli dedi ki, ikimizin də meyiti buradan çıxacaq”.
Zərərçəkmiş ifadəsinin bu hissəsində Mövli tərəfindən zorlandığını açıq və çılpaqlığı ilə danışıb:
“Mövli məni zorlayanda dedi ki, “bu mənim çoxdankı arzum idi, səni alacaqdım qoymadılar, ya mən dediyim kimi olacaq, ya da ikimizin də meyiti buradan çıxacaq”. Çalışmışdım ki, Mövli mənimlə cinsi əlaqəyə girə bilməsin. Amma ona gücüm çatmadı. Mövli zorla mənimlə cinsi əlaqədə olub. Mövli cinsi əlaqədə olandan sonra mənə deyib ki, birlikdə ailə quracağıq. Bu barədə heç kəsə heç nə deməyəcəyim barədə and içdirdi. Bundan sonra əlimi buraxdı. Bu zaman valideynlərim olan otağa qaçdım. Baş verən hadisəni onlar danışdım”.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Mövli Mövliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində şərləndiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət araşdırılması üçün Sumqayıt Apaelyasiya Məhkəməsinə göndərilib.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Mövli Mövliyevin cəzasından 2 il çıxıb və onun barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. (Teleqraf.com)