Krım körpüsü bu vaxt məhv ediləcək - Jdanov

19-07-2022, 10:35           
Krım körpüsü bu vaxt məhv ediləcək - Jdanov
Ukraynanın tezliklə alacağı ABŞ-ın ATACMS raketləri Krım körpüsünü sıradan çıxara bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert bildirib ki, bu gün Ukraynanın ixtiyarında körpüyə çatacaq silah yoxdur.

“Körpünü sıradan çıxarmağın ən asan yolu körpünün və materikin qovşağındakı körpünün aralığını məhv etməkdir. Birinci körpünün aralığı ən aşağı və adətən ən qısadır, çünki o, dayaqdır, çevik olmalıdır. Çox asan məhv edilir”, - ekspert vurğulayıb.

Ekspertin proqnozuna görə, körpünün aradan götürülməsi məsələsi ilə bağlı konkret plan Ukrayna ATACMS-i aldıqdan sonra başlayacaq.

Qeyd edək ki, Ukraynanın Krım körpüsünü vuracağı təqdirdə Rusiya son dərəcə kəskin cavab verəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru