Qadından 11 kiloqramlıq şiş çıxarıldı - Həkimlər şokda

19-07-2022, 12:58           
Qadından 11 kiloqramlıq şiş çıxarıldı -
Rusiyanın İjevski şəhərində cərrahlar 46 yaşlı qadını əməliyyat edəndə şoka düşüb.

Bakupost.az xəbər verir ki, mütəmadi qanaxmadan əziyyət çəkən qadının uşaqlığında 11 kiloqramlıq mioma şişi aşkar olunub.

Baxmayaraq ki, diaqnoz ona 9 il əvvəl qoyulub, həkimlər şişi nəzarətdə saxlamağı məsləhət görüb. Lakin müayinələri unudan qadın şişin böyüdüyünün fərqində olmayıb.

Əməliyyata alınanda qadının qarnının diametri 133 sm idi, o hamilə kimi görünürdü. Miomanın ölçüsü nəhəng olduğundan yaxın orqan və toxumaları zədələmədən şişi götürmək texniki olaraq çətin idi.

Cərrahların fikrincə, bu ölçüdə nəhəng şişlə ilk dəfədir qarşılaşırlar.

Əməliyyat uğurla başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru