Bakı nəqliyyatının iki problemi “görüşdü”: “Prius” və kuryer motosikleti qəzaya düşdü - ANBAAN VİDEO
19-07-2022, 10:37
Dünən axşam saatlarında Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində dəhşətli qəza baş verib.
Oxu.Az-ın məlumatına görə, kuryer şirkətinə məxsus motosikletin sürücüsü işıqforun qadağanedici siqnalına məhəl qoymayıb və yolayrıcına daxil olan “Toyota Prius” markalı avtomobilə çırpılıb.
Həmin anlar eyni istiqamətdə hərəkət edən başqa bir avtomobildə yerləşdirilmiş videoqeydiyyatçıya əks olunub.