Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Fotolar
6-05-2016, 02:00
İnterpress.az-ın redaksiyasına üz tutan 3 Türkiyəli turist, Bakıda işbazların toruna düşüb. Onlar da əksər kafe-barlarla əlbir olan əxlaqsız qadınların qurduqları tələyə düşüb. Belə ki, gecə saatlarında könlünə qadınlarla vaxt keçirmək düşən turistlər “odnoklassnik” sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: "Qadınla söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.
Nömrəyə zəng edəndə bizi Nizami metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə Nizami Metrosundan Köhnə Avtovağzal istiqamətində yuxari tərəfə qalxmağımızı dedi və orada marketdən iki qutu siqaret və "RedBull" almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən “Kera” kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içdi, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara gedmək istədiyimmizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da cabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etik ki, axı biz sifariş verməmişik, ikincisi də bizəgətirilən işkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən burden çıxa bilməzsiniz dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstumuzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmana və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq."
Fahişələrlə əlbir işləyən kafe və barlar
Zərər çəkən Türkiyə vətəndaşı hadisəni nəql etdikdən sonra jurnalistimiz ondan təkrar o nömrə ilə əlaqə saxlamağı istəyir və eyni nömrəyə zəng olunur.
Özünü odnoklassnikdə Leyla kimi təqdim edən qız bu dəfə özünü Əsmər kimi təqdim edir və turistdən yerini soruşur. Turist Sahil metrosunun yaxınlığında olduğunu deyir. Qiymətini soruşan müştəriyə gecəsinin 40 manata olduğunu deyir. Əsmər türkiyəli müştərisini Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasının qarşısına dəvət edir. Biz çağırılan məkana yolanırıq.
Biz Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasına gəlirik. Dəfələrlə zəng etməyimizə baxmayaraq bu dəfə qadına zəng çatmır. Görüş təyin etdiyi yerə biraz göz gəzdirdik. Gül dükanının yanında “Lion” adlı Pub olduğunu gördüyümüz zaman ehtimal etdik ki, Türkiyə vətəndaşlarının növbəti tələsi burada imiş. Çünki bizimlə telefon danışığında evə dəvət etmədiyi üçün ağıla sadəcə bu ehtimal gəlir.
Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Fotolar
Bu arada qeyd edək ki, bu əxlaqsız həyat tərzi sürən qadınlar bir şəbəkədir. Müxtəlif kafe və barlarla əlbir işlədikləri iddia olunur. Faizlə barların tələsinə müştəri salırlar. İlk olaraq zəng edən müştərilərin harada olduğunu soruşurlar və müştərinin olduğu yerə yaxın bir məkan müəyyənləşdirirlər.
Hesab ödənilməyəndə belə döyülürlər
Planlarımız baş tutmadığı üçün, Türkiyə vətəndaşları ilə onların tələyə düşürüldüyü ilk məkana müştəri kimi yollandıq. Məkana yaxınlaşdıq, lakin kafeyə daxil olmadan kafenin qarşısında bir qrupun toplandığını və içkili halda mübahisə etdiyinin şahidi olduq. Mübahisəyə uzaqdan qulaq asdıq və sürücü olduğunu deyən bir müştəri də növbəti qurban idi. Qısa mübahisədən sonra toplu halda gənc oğlan bir neçə nəfər tərəfindən möhkəm döyüldü.