Şəmkirdə antikorrupsiyaya əməliyyatı: - İcra nümayəndəsi saxlanıldı (FOTO)

11-08-2022, 17:57           
Şəmkirdə antikorrupsiyaya əməliyyatı: -
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkirdə əməliyyat keçirib.

TEREF xəbər verir ki, yenicag.az-a daxil olan məlumata görə, keçirilən əməliyyatla Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Məlumatı RİH və aidiyyəti qurumlarla dəqiqləşdirməyə çalışsaq da, zənglərimizə cavab verilməməsi səbəbindən cəhdlərimiz nəticəsiz qaldı.

Qeyd edək ki, Çinarlı qəsəbə sakinləri 3 ay əvvəl Yenicag.az-a şikayət ünvanlayaraq Elçin Abbasovun qanunsuz əməlləri barədə məlumat vermişdilər. Lakin icra ümayəndəsi sələndirilən iddiaların yalan olduğunu bildirmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru