Saxta pul satan azərbaycanlı saxlanıldı

11-05-2016, 13:00           
Saxta pul satan azərbaycanlı saxlanıldı
Yaroslavda yaşayan azərbaycanlı saxta pul satdığı üçün saxlanılıb. ANS PRESS-in məlumatına görə, Krasnoperekopskoy rayon prokurorluğu istintaq orqanlarının Azərbaycan vətəndaşı barədə həbs qətimkan tədbiri seçilməsi vəsatətini dəstəkləyib. Onu Rusiya Federasiyasının cinayət məcəlləsinin "saxta pul və ya qiymətli kağızların hazırlanması, saxlanması, daşınması və satması" maddəsi ilə şübhəli bilirlər.

Araşdırmalar nəticəsində məlum olub ki, həmyerlimiz Moskvada yaşayıb. Yaroslav rayon prokurorluğunun məlumatına görə, o, bir neçə həmyerliləri ilə birgə bu rayona gələrək müxtəlif ticarət obyeklərinə nominal dəyəri 5000 rubl (114 AZN) olan saxta pul ödəyib.

Azərbaycanlı və onun həmyerliləri növbəti pul satışı zamanı saxlanılıblar. Hazırda onun barəsində həbs qətimkan tədbiri seçilib. Onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ötən ilin dekabrında da Moskvada saxta spirtli içkilər səbəbindən insan ölümü faktı qeydə alınması işi ilə əlaqədar azərbaycanlı biznesmen saxlanılıb. İş adamının anbarında 160 min şüşə saxta spirtli içki aşkar olunub.

Şübhəli şəxs hadisə yerindən avtomobildə qaçmaq istəsə də polis onu saxlaya bilib. Faktı Rusiya daxili işlər nazirliyindən təsdiq ediblər.

"Anbarda 160 min vahid spirt tərkibli saxta içki aşkar olunub. Onların yarısı istehlakçının səhhəti və həyatına təhlükəli olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Qanunsuz biznesin təşkilində şübhəli bilinən 28 yaşlı Azərbaycan əsilli biznesmen şəxsi avtomobilində hadisə yerindən qaçmağa cəhd göstərib, lakin qısa müddətlik izləmədən sonra saxlanılaraq istintaqa təhvil verilib", - deyə nazirlikdən bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.